ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

MÜSAHİBƏDƏN KEÇƏN İŞTİRAKÇILARIN NƏZƏRİNƏ!!!
Sayta qoyulub: 16:22 11.04.2014 (819 dəfə oxunub)
"İƏT Modeli: Beynəlxalq Münasibətlər Akademiyası-Azərbaycan 2014" təhsil layihəsi çərçivəsində planlaşdırılan ilk seminarımız 12 aprel 2014-cü il tarixində Bakı Dövlət Universiteti Tarix Fakültəsinin 902 saylı zalında keçiriləcəkdir. Bütün iştirakçılara uğurlar arzulayır, aktiv olmağa dəvət edirik!!!


MÜSAHİBƏDƏN KEÇƏN İŞTİRAKÇILARIN TAM SİYAHISI!
Sayta qoyulub: 13:02 11.04.2014 (1777 dəfə oxunub)
"IƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası 2014" layihəsinə müsahibə turundan keçərək iştirak hüququ qazanmış iştrakçıların siyahısı

“İƏT MODELİ: Beynəlxalq Münasibətlər Akademiyası-2014” TƏHSİL LAYİHƏSİNƏ QEYDİYYAT BAŞLADI !!!
Sayta qoyulub: 15:27 22.02.2014 (924 dəfə oxunub)

Malayziyada 3-cü İƏT Modeli Sammiti keçirilib
Sayta qoyulub: 15:09 22.02.2014 (840 dəfə oxunub)
Bu gün Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modelinin rəsmi açılış mərasimi keçirilib. İƏT-ə bağlı beynəlxalq qurumlar olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə təşkil edilən tədbir iyulun 2-dən 6-na qədər davam edəcək.























"İƏT modeli-Beynəlxalq Münasibətlər Akademiyası" proqramının qalibləri mükafatlandırılıblar
Sayta qoyulub: 17:50 18.02.2014 (888 dəfə oxunub)
“İƏT xarici işlər nazirlərinin sammiti”ndə uğur qazanmış işçi qrupları xüsusi mükafatla təltif olunublar.


"İƏT MODELİ: BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİYASI - 2013" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ SİMULYASİYA KEÇİRİLMİŞDİR
Sayta qoyulub: 15:23 09.06.2013 (1200 dəfə oxunub)




04 iyun, 2013-cü il tarixində Park İnn otelin Dan Ulduzu zalında "İƏT MODELİ: BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİYASI - 2013" iştirakçıları tərəfindən İƏT XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ 40-cı sammitinin simulyasiya-oyunu baş tutmuşdur. Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Slavyan Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və Azərbaycan Dillər Universitetində təhsil alan 90-dan artıq tələbənin iştirakı ilə keçirilən simulyasiya oyununda Suriyada vətəndaş müharibəsi, İranın nüvə siyasəti və Dağlıq Qarabağ münaqişəsi mövzuları müzakirə olunmuş və yekun qətnamə qəbul edilmişdir.
Xatırladaq ki, sözü gedən simulyasiya-oyununda önə çıxan üç tələbə iyul ayında Malayziyada keçiriləcək beynəlxalq sammitdə Azərbaycanı təmsil edəcəkdir.

18 MAY TARİXİNDƏ "İƏT MODELİ: BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİYASI - 2013" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏCƏK SİMULYASİYA OYUNUNUN HAZIRLIQ İCLASI BAŞ TUTDU
Sayta qoyulub: 14:52 05.06.2013 (1004 dəfə oxunub)


Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin əməkdaşlarından Nicat Məmmədlinin və Elmin Əliyevin moderatorluğu ilə Bakı Dövlət Universitetinin Heydər Əliyev Məktəbində baş tutan görüşdə simulyasiya oyununun əsas prinsipləri iştirakçılara praktiki olaraq göstərildi və müvafiq qətnamə layihələri üzrə iştirakçı dövlətlərin mövqeləri təmsilçi qruplar tərəfindən təqdim olundu. Sonda tələbələr DƏ-İKGF ARM-nin "Xocalıya Ədalət" kanpaniyası üçün hazırlanmış köynəklərdə xatirə şəkli çəkdirdilər.

11 MAY TARİXİNDƏ "İƏT MODELİ: BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİYASI - 2013" LAYİHƏSİNİN NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ
Sayta qoyulub: 14:25 05.06.2013 (974 dəfə oxunub)


Bakı Dövlət Universitetinin Tarix fakültəsində baş tutan seminarda Gəncliyə Yardım Fondunun Mətbuat və Ictimai Əlaqələr Şöbəsinin müdiri Eldar Kərimovun "Beynəlxalq münasibətlər sistemində bədən dili və dövlət rəsmilərinin portreti", habelə Qafqaz Strateji Araşdırmalar İnstitutunda Geomədəniyyət Departamentinin direktoru Elmir Quliyevin "İslam svilizasiyası dünyaya nə verdi?" başlıqlı mühazirələri maraqla qarşılandı və hər iki mühazirə qızğın müzakirələrlə yadda qaldı. Daha sonra Iraq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli nümayəndəsi səfir Haydar Shia Al Barrak iştirakçı tələbələrlə görüşüb suallarını cavablandırdı.

İSLAM SVİLİZASİYASI HAQQINDA MARAQLI BİR VİDEO...
Sayta qoyulub: 17:18 11.05.2013 (1122 dəfə oxunub)
İslam svilizasiyasının elm aləminə bəxş etdiyi töhfələrə dair bir xülasə!!!

04 MAY TARİXİNDƏ "İƏT MODELİ: BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİYASI - 2013" LAYİHƏSİNİN NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ
Sayta qoyulub: 16:51 06.05.2013 (1044 dəfə oxunub)


Bakı Dövlət Universitetinin Tarix fakültəsində baş tutan seminar zamanı Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru, "Din və cəmiyyət" televiziya verilişinin layihə rəhbəri və aparıcısı Natiq Rəhimovun "İƏT-in islamdaxili və mədəniyyətlərarası dialoq konsepsiyası" mövzusundakı mühazirəsi maraqla qarşılandı. Daha sonra Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkun ilə görüşən tələbələr Türkiyənin İƏT-dəki mövqeyi, Azərbaycan ilə əlaqələri və ümumilikdə xarici siyasəti haqqında məlumatlandırıldılar. Fasilənin ardından iştirakçı tələbələrin qruplara ayrılması üzrə püşkatma keçirildi və işçi qruplar müzakirələrin aparılacağı qətnamə mövzuları ilə taniş edildi.

27 APREL TARİXİNDƏ "İƏT MODELİ: BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİYASI - 2013" LAYİHƏSİNİN NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ
Sayta qoyulub: 17:44 30.04.2013 (843 dəfə oxunub)


Bakı Dövlət Universitetində baş tutan seminar zamanı İstanbul Beynəlxalq Dostluq və Əməkdaşlıq Dərnəyinin əməkdaşı, eləcə də Gəncliyə Yardım Fondu Təhsil şöbəsinin Bakı şəhəri üzrə koordinatoru İbrahim Erolun "İslam konsepsiyasında insan hüquqları problemi " və Mənəvi Saflığa Dəvət İB-nin gənclər sektoru üzrə koordinatoru Altay Aliyev "İslam iqtisadiyyatı və bankçılığı" mövzularındakı mühazirələri dinlənilmiş və seminar sual-cavab bölümü ilə yekunlaşdırılmışdır.

20 APREL TARİXİNDƏ "İƏT MODELİ: BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİYASI - 2013" LAYİHƏSİNİN İKİNCİ SEMİNARI KEÇİRİLDİ
Sayta qoyulub: 20:17 22.04.2013 (954 dəfə oxunub)

13 APREL TARİXİNDƏ "İƏT MODELİ: BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİYASI - 2013" LAYİHƏSİNİN İLK SEMİNARI KEÇİRİLDİ
Sayta qoyulub: 17:55 15.04.2013 (854 dəfə oxunub)

"İƏT MODELİ: BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİYASI-2013" LAYİHƏSİNƏ START VERİLDİ
Sayta qoyulub: 19:15 03.03.2013 (922 dəfə oxunub)

İƏT Modeli 2012: İƏT Xarici İşlər Nazirləri Şurasının simulyasiyası zamanı müzakirə ediləcək mövzular
Sayta qoyulub: 16:11 01.05.2012 (1781 dəfə oxunub)
Bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan İƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının simulyasiyası zamanı aşağıdakı 3 məsələ müzakirə ediləcək:

İƏT haqqında