ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

"İƏT Modeli: Beynəlxalq Münasibətlər Akademiyası Azərbaycan -2015" layihəsi çərçivəsində ilk təlim keçirildi
Sayta qoyulub: 16:37 03.03.2015 (1102 dəfə oxunub)
Təlimdə ilk məruzəçi İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzin direktoru Elçin Əsgərov oldu. O, İƏT Modelin strukturu, tarixi, vəzifəsi və məqsədləri barədə geniş məlumat verdi.
Daha sonra İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzin xarici əlaqələr departamentinin rəhbəri Sevinc İsgəndərova və departamentin əməkdaşı Vüsal Qurbanovun təqdimatında “Justice for Khojalı” kompaniyası haqqqında olan mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılandı.
Təlimin üçüncü hissəsi Fələstin dövlətinin fövqaladə və səlahiyətli səfiri cənab Nasser al Raheem tərəfindən Fələstin-Azərbaycan münasibətləri mövzusunda və Fələstinin OİC təşkilatında rolu barədə təqdim olunan mühazirəni əhatə etdi.
İlk tədbir gənclərin Fələstin səfirinə yönləndirdiyi sualların cənab Səfir tərəfindən cavablandırılması ilə yekunlaşdı.


İƏT haqqında