ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

İƏT Modeli 2012: İƏT Xarici İşlər Nazirləri Şurasının simulyasiyası zamanı müzakirə ediləcək mövzular
Sayta qoyulub: 16:11 01.05.2012 (1652 dəfə oxunub)
Mövzu 1. Ermənistan-Azərbaycan münaqişəsində yeni mərhələ
Hipotetik situasiya. Azərbaycan sürətli hərbi əməliyyatlara başlayaraq qısa müddət ərzində Ermənistan tərəfindən işğal edilmiş 3 rayonu (Ağdam, Füzuli və Cəbrayıl) azad etmişdir. Buna cavab olaraq Rusiya özünün hərbi hissələrini Azərbaycanın şimal sərhəddində toplayaraq Azərbaycanı təhdid etməkdədir. Azərbaycan tərəfi bütün diplomatik vasitələrdən istifadə edərək öz mövqelərini müdafiə etməyə çalışır. Eyni zamanda Azərbaycan İƏT Xarici İşlər Nazirləri Şurasının nöbti iclasında qətnamə ilə çıxış edərək Rusayının bu hərəkətlərinin İƏT tərəfindən pislənilməsini və hətta Rusayının İƏT-də müşahidəçilik statusunun dayandırılmasını tələb edir.

Müzakirə və araşdırma üçün suallar:
Azərbaycan hansı siyasi və beynəlxalq-hüquqi prinsiplərə istinad edərək hərbi əməliyyatlara başlamışdır?
Mövcud vəziyyətdə İƏT ölkələri münaqişənin eskalasiyasının qarşısının alınması üçün nələr edə bilərlər?
Ermənistan və Rusiya arasında hansı müqavilə v razılaşmalar Rusayının göstərilən hərəkəti üçün hüquqi əsas yaradır?
Rusiyanın müşahidəçilik statusunun dayandırılması İƏT ölkələrinin mənafelərinə uyğundurmu?


Mövzu 2. İƏT üzvü olan keçid rejimlərində (Tunis, Misir, Liviya) düzənin (qanun-qaydanın) təşviqi və stimullaşdırılması

Müzakirə və araşdırma üçün suallar:
Keçid rejimlərində barışın və islahatların effektivliyini təmin etmək məqsədilə İƏT öz resurslarında necə istifadə edə bilər?
Bunun üçün İƏT beynəlxalq ictimaiyyətin hansı yardımına ehtiyac duyur?
Göstərilən ölkələrdə uğurlu keçidə mane olan səbəblər və bu səbəblərin arxasında duran siyasi qüvvələr hansılardır?
Əgər keçid rejimlərində İƏT üzv ölkələrinin mənafeləri toqquşursa İƏT təşkilat olaraq həmin mənafelərin yaxınlaşdırılması üçün hansı işləri görə bilər?
Uğurlu keçid ümün atılması vacıb olan ən əsas addımlar və siyasət (policy) nədən ibarət olmalıdır?
Keçid ölkələində qərb tipli demokratiyanın bərqərar olması mümkündürmü, yoxsa İƏT-in müvafiq qurumları yeni İslam demokratiyasının əsaslarının yaradılmasına başlamalıdırlar?

Mövzu 3.İƏT ölkələrində “Minilliyin İnkişaf Məqsədləri”nə nail olunmasının vəziyyəti və bu sahədə problemlər

Müzakirə və araşdırma üçün suallar:
“Minilliyin İnkişaf məqsədləri” nədir?
MİM-ə nail olunması sahəsində İƏT üzv ölkəlrində vəziyyət necədir və niyə bu vəziyyət xüsusilər Avropa ölkələri ilə müqaiyəsədə fərqlidir?
MİM-iəİƏT ölkələrində nail olunması sahəsinda qarşıda duran əsas problemlər hansılardır?
2015-ci lədək MİM-ə maksimum nail olunması üçün İƏT hansı resursları səfərbər etməlidir?

İƏT haqqında