ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

İƏT MODELİ 2013
Sayta qoyulub: 14:59 12.04.2012 (2137 dəfə oxunub)
Hörmətli tələbələr,

Məlum olduğu kimi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi gənclərin effektiv kommunikasiya, çoxtərəfli diplomatiya və insan hüquqları üzrə biliklər əldə etməsi üçün 2011-ci ildən etibarən ənənəvi olaraq “İKT Modeli” (hal-hazırda İslam Əməkdaşlıq Təşkilatı, - İƏT Modeli) adlı layihəni həyata keçirir. Bu proqramda hər il aktiv gənclər və xüsusilə tələbələr iştirak etməklə beynəlxalq əməkdaşlıq təcrübəsi əldə edirlər.

2013-cü ilin fevral ayından başlayaraq layihənin növbəti mərhələsində üç ay ərzində İƏT-in aparıcı ölkələrini təmsil edən gənclərin yaratdıqları işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər verəcəklər. Müzakirələrin nəticəsi olaraq model oyunlar çərçivəsində 2013-cü ilin may ayında“İƏT XİN Sammiti” keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcəkdir. Üç aylıq kursların sonunda keçiriləcək “İƏT sammitində” qələbə əldə edən işçi qruplar xüsusi mükafatla təltif olunacaqdır.

DƏ-İKGF, liderlik sahəsində bilik və təcrübələrnin arıtırılması arzusunda olan gəncləri, “İƏT modeli” proqramında iştirak etməyə dəvət edir. Bununla bağlı sizə göndərilən müvafiq müraciət formasını doldurub orada göstərilən tarixə qədər oicmodel-azerbaijan@icyf-dc.orgalpay_ahmad@yahoo.com elektron ünvanlarına göndərmənizi xahiş edirik. Doldurulmuş müraciət forması təşkilat komitəsi tərəfindən bəyənidliyi halda, siz müsahibəyə dəvət olunacaqsınız.



DƏ-İKGF-nin
Avrasiya Regional Mərkəzinin
Katibliyi

İƏT haqqında