ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

“İKT Modeli” layihəsi çərçivəsində keçirilən “İKT Sammiti Modeli 2011” uğurla başa çatdı
Sayta qoyulub: 18:14 01.06.2011 (1940 dəfə oxunub)






Saat 10:00-da öz işinə başlayn sammitdə layihənin iştirakçıları olan Azərbaycanın aparıcı universitetlərinin 98 dinləyici tələbəsi İKT üzv-dövlətlərini təmsil edən 20 işçi qrupa bölünərək beynəlxalq münasibətlərin aktual problemləri haqqında müzakirələrə qatılmış, böhranların aradan qaldırılması ilə bağlı təkliflərlə çıxış etmişlər. İlk öncə onlar gündəliyə çıxarılmış “İKT Xarici İşlər Nazirlərinin Ermənistanın “Dağlıq Qarabağ Respublikasını” tanıması ilə bağlı Ermənistana qarşı sanksiyaların qəbul edilməsi üzrə qətnaməni” müzakirə etmişlər. Daha sonra işçi qruplar “Şərti adı “Adsız ölkə” olan İKT-yə üzv ölkədə koalisiya qüvvələrinin quru əməliyyatlarının keçirilməsinə münasibət” və “İslamofobiyaya qarşı mübarizə ilə bağlı” qətnamə ətrafında debatlara başlamışlar. Qeyd etmək lazımdır ki, çox yüksək səviyyədə keçən hərtərəfli və maraqlı debatlardan sonra bütün işçi qrupların mövqeləri nəzərə alınmaqla hər üç qətnamə konsensus yolu ilə qəbul edilmişdir. Bu müzakirələrdə İraq, Türkmənistan, İran, Türkiyə və digər İKT ölkələrini təmsil edən işçi qrupun üzvləri xüsusi fəallıq göstərmişlər.

Adıçəkilən tədbirdə 98 tələbə iştirak etmiş, onlardan 17-si tədbirin qalibləri elan olunmuş və İKT ölkələrini təmsil edən simvolik hədiyyələrlə, 28 nəfər fəal və əsaslandırılmış mövqeyinə görə Fəxri Fərmanla mükafatlandırılmışdır. Bağlanış mərasimində iştirak edən həmin ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirlik nümayəndələri şəxsən mükafatları qaliblərə təqdim etmişlər. “İKT Sammiti Modelinin” bütün iştirakçılarına “Quranın Məalı” kitabı hədiyyə edilmişdir.

“İKT Modeli” proqramında xüsusi fəallığı ilə seçiləcək bir qrup tələbə bu ilin iyul ayında İstanbulda keçiriləcək “İKT Modeli” adlı beynəlxalq forumda iştirak etmək hüququ əldə edəcəklər.

Qaliblərin siyahısı:
1. İmamquluzadə Murad
2. Qasımov Səbuhi
3. Quliyeva Səidə
4. Camalova Vəfa
5. Şirinova Aygün
6. Nəsirova Rəna
7. Aslanova Fidan
8. Hacıyeva Ülviyyə
9. Hümbətova Səmra
10. Hüseynov Elçin
11. Qurbanova Nigar
12. Həsənova Afaq
13. Kərimov Eldar
14. Hüseynova Lamiyə
15. Bayramov Seymur
16. Həsənov Mehman
17. Nəbizadə Turan
18. Emil Manaflı

Fəxri Fərmanla mükafatlandırılanların siyahısı:
1. Abbasov Namiq
2. Talıbzadə Sərxan
3. Quliyeva Səidə
4. Əlizadə Rəşid
5. Camalova Vəfa
6. Şirinova Aygün
7. Tağıyeva Səbinə
8. Nəsirova Rəna
9. Murquzova Nərmin
10. Kamalzadə Sabir
11. Aslanova Fidan
12. Hacıyeva Ülviyyə
13. Hümbətova Səmra
14. Muradova Şəbnəm
15. Həsənov Mehman
16. Hüseynov Elçin
17. Məmmədzadə Rövşanə
18. Əsgərli İlahə
19. Kərimov Eldar
20. Mustafayeva Güldəstə
21. Camalova Könül
22. Hüseynova Lamiyə
23. Hüseynova Nigar
24. Namazov Aqil
25. Məmmədov Məmmədbağır
26. Bayramov Seymur
27. Xudanlı Faiq
28. Qasımova Turanə
29. Əsədov Murad
30. Emil Manaflı

İƏT haqqında