ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

16 apreldə BDU-da növbəti seminar - mühazirə təşkil edilmişdir
Sayta qoyulub: 16:41 18.04.2011 (1651 dəfə oxunub)


16 Aprel 2011-ci il tarixində İKT Modeli beynəlxalq tədris proqramı çərçivəsində Bakı Dövlət Universitetində iştirakçılar üçün növbəti, sayca üçüncü interaktiv seminar təşkil edilmişdir.

Seminarda proqramın iştirakçıları olan 120 tələbə üçün Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş katibi Səfir Elşad İskəndərov “İslam sivilizasiya bucağından: İslam daxili mövzular, Qloballaşma, Milli müstəqillik, Demokratiya, Gender problemai, İqtisadi düzən, İnsan haqları konsepsiyası – alternativ baxış” adlı məruzə ilə çıxış etmişdir.

Daha sonra Mərakeş Krallığının Azərbaycanda akkreditə edilmiş fövqəladə və səlahiyyətli Səfiri Hassan Hami “İKT tarixinə baxış, Mərakeşin təşkilatda tutduğu mövqe” adlı təqdimatla çıxış etmişdir.

Seminarda həmçinin müstəqil politoloq Nicat Məmmədli İslam Konfransı Təşkilatı haqqında ümumi məlumat, strukutru və qərarvermə mexanizmi, təşkilat çərçivəsində qəbul edilən qətnamələr, danışıqlar, prinsiplər mövzusunda təqdimat etmişdir.

Türkiyəli ziyalı, İstanbul Universitetinin professoru, keçmiş millət vəkili Nevzat Yalçın Taş seminara qatılıb və məruzə ilə çıxış edib.

Növbəti seminar 23 aprel 2011-ci il tarixində saat 10.00-da Bakı Dövlət Universitetində keçiriləcək.

**

İƏT haqqında