ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

İNTERKTİV PANELİN İSTİFADƏSI HAQQINDA TƏLİMAT
Sayta qoyulub: 08:36 18.04.2011 (2037 dəfə oxunub)
İnteraktiv panel nədir?

Interaktiv Panel İKT Beynəlxalq Təhsil proqramının iştirakçıların internet saytından (www.oicmodel.az) gündəlik əsasda istifadəsi – məlumatın yerləşdirməsi, məlumatın toplanması, müzakirəyə çıxarması üçün yaradılmışdır. İştirakçılar saytda qeydiyyatdan keçərək təmsil etdikləri dövlətin səhifəsini yaradarcaq, onu daha yaxşı təşviq etmək imkanı qazanacaq. Belə ki, dövlətlər üzrə qruplara bölünən iştirakçılar öz panellərinə sahib çıxaraq, məlumat bazasını istədiyi qədər və istədiyi dildə doldura bilər, digər həmkarlarını öz təmsil etdiyi dövlət haqqında, beynəlxalq münasibətlərdə baş verən digər məsələlərlə bağlı son xəbərləri bölüşə bilər, təmsil etdiyi ölkənin tarixi, mədəniyyəti, əhalisi, xarici və daxili siyasəti və digər məsələlər haqqında məlumatlar yerləşdirə bilər.

Məsələn, Mərakeş dövlətini təmsil edən iştirakçı (lar) paneldə öz dövlətinə daxil olaraq Mərakeş səhifəsini təşviq etmək üçün həmin dövlət haqqında məlumat , xəbərlər, linklər, şəkillər yerləşdirə bilər. Onun digər İKT dövlətləri ilə münasibətləri və xarici siyasəti ilə bağlı bölüşə bilər, digər dövlətlərlə bağlı olan movcud durum haqqında özləri "Xəbərlər" hazırlayıb digərlərinə nümayiş etdirə bilər.

İnteraktiv paneldə nə etmək olar?

Bundan başqa, iştirakçılar digər dövlətlərlə virtual əməkdaşlıq edərək, bir-biriləri ilə müqavilələr imzalaya, ittifaqlarda birləşə, koalisiyalar yarada, digər dövlətlərlə sülh və əməkdaşlıq münasibətləri qura və ya əksinə müharibə edə bilər. Bütün bunlar təbii reallıqlar nəzərə alınmaqla, beynəlxalq hüquq prinsiplərinə hörmət çərçivəsində həyata keçirilməsi məqsədəuyğun sayılır.

Hər hansı dövləti təmsil edən iştirakçı digər dövlətin səhifəsinə (panelinə) daxil olub şərhlər qoya, şərhlərə cavab verə və müzakirə mövzusu aça bilər. İnteraktiv paneldə öz dövlətini ən yaxşı təmsil edən ən yaxşı 3 dövlət seçilərək xüsusi diplom təqdim ediləcək.

Texniki məsələlər və qaydalar

İştirakçılar qeydiyyatdan keçərkən özlərinə təmsil etdiyi dövlətlərin avatorlarına həmin ölkənin bayraqlarını qoymalıdırlar. (İKT dövlətləri haqqında ümumi məlumat və bayraqlar bu səhifədən götürülə bilər http://en.wikipedia.org/wiki/Organisation_of_the_Islamic_Conference)

Qeydiyyatdan keçərkən səhifəsinizə daxil olmaq üçün şifrə daxil edin və onu yalnız özünüzdə saxlayın. Hər bir dövlət öz səhifəsini hər həfrə yeniləməlidir, ən azı bir və ya bir neçə xəbər yelləşdirməli, digər panellərin müzakirələrinə qatılmalı və diskussiyalara qatılmalıdır.

Aidiyyatı olmayan müzakirələr, etikadan kənar ifadələrdən istifadə edilməsinə, reklamlar və spamlar paylaşmasına icazə verilmir. Qaydaları pozan iştirakçının paneli xəbərdarlıqsız dondurulacaq.

İnteraktiv Panelə Ana səhifədən və ya bu linkdən birbaşa daxil ola bilərsiniz. http://www.oicmodel.az/panel/

Digər suallar üçün adminə müraciət edə bilərsiniz. elvin.mammadov@gmail.com

Aprel 2011

**

İƏT haqqında